Ordu.az xəbər verir ki, dünən "Rheinmetall" şirkətindən yayılan məlumatda bildirilib ki, hər iki tərəf bəyannamədə əməkdaşlıq imkanlarının öyrənilməsinə dair razılıq əldə ediblər.
Almaniya konserninin verdiyi məlumata görə, "Rheinmetall" şirkəti elə bir əməkdaşlıq quracaq ki, həmin sahələr Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı tərəfindən sanksiyalara məruz qalmayacaq.
Xatırladaq ki, iyun ayının ortalarında Almaniya şirkətinin nümayəndəsi Con Teylor və Azərbaycanın həmin dövrdəki müdafiə sənayesi naziri Yavər Camalov (bir neçə gün öncə vəfat edib) “İkitərəfli əməkdaşlığın gələcəyi haqqında” bəyannamə imzalayıblar. Sənəd Paris yaxınlığında keçirilən EUROSATORY hərbi sənaye sərgisi zamanı imzalanıb.
Alpər Mövludoğlu
Ordu.az