Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə şirkəti olan “Rafael Advanced Defense Systems” elan edib.
Sistemlərin istehsalçısı olan “Rafael” bu alış-verişlə bağlı artıq 193 milyon dollarlıq müqavilə imzaladığını bəyan edib. Məlumata görə, müqavilə “Rafael”lə “Leonardo” şirkəti arasında imzalanıb. Bu sistemlərin istehsalı həm İsraildə, həm də ABŞ-da baş tutacaq.
Qeyd edək ki, “Rafael” və “Elta Systems” tərəfindən istehsal edilən bu “Trophy” dünyada zirehli vasitələr üçün nəzərdə tutulmuş yeganə aktiv müdafiə sistemidir.
Ağalar Ağalarlı
Ordu.az