102-ci hərbi bazanın kəşfiyyatçıları təlimlərə başlayıb

2018/06/436_1530119528.jpg
Oxunub: 2195     01:10     28 İyun 2018    
Ermənistanda Rusiyaya məxsus 102-ci hərbi bazanın “Kamxud” yüksək dağ təlim mərkəzində kəşfiyyat bölmələrinin düşərgə toplanışları başlayıb.

Ordu.az Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinə istinadən xəbər verir ki, bir ay ərzində rus hərbi bazasına yeni gələn hərbi qulluqçular isti iqlimin yüksək dağ şəraitində təlim taktiki döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Təlimlərdə ştat silahı, səssiz silah və hərbi texnika, kəşfiyyat vasitələri, idarəetmə və rabitə “Strelec” və “Radiolampa” radiolakasiya stansiyasının tətbiqi bacarıqlarını mənimsəyəcəklər. Həmçinin kəşfiyyatçılar atəş, xüsusi taktiki hazırlıq və dağlı-qayalı ərazilərdə döyüş maşınlarının idarə edilməsi üzrə normativləri də yerinə yetirəcəklər.

Təlimlərə 300-dən artıq hərbi qulluqçu, 30-dək hərbi texnika, o cümlədən PUA-lar cəlb edilib. CHD-dən verilən məlumata görə, kəşfiyyatçıların düşərgə toplanışı xüsusi taktiki təlim və bazanın “Ən yaxşı kəşfiyyatçısı” adı uğrunda yarışı ilə yekunlaşacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlim  


Bizi "telegram"da izləyin