Erməni hərbi ekspertdən etiraf: "Naxçıvanda üstünlüyə malik Azərbaycan mövqeləri var"

2018/06/12_1530119220.jpg
Oxunub: 4304     01:24     28 İyun 2018    
"Naxçıvanda öz ərazilərində irəliləməyə nail olublar... Naxçıvan istiqamətində üstünlüyə malik Azərbaycan mövqeləri də var".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Hayk Nahapetyan bildirib.

O, Azərbaycanın öz ərazilərini azad etməsini və bu istiqamətdə irəliləməsini etiraf edib.

"Rəsmi məlumata istinad edərsək, məlum olur ki, Ermənistan ərazisindən torpaq alınmayıb. Onlar Naxçıvanda öz ərazilərində irəliləməyə nail olublar. Belə çıxır ki, mövqelərin yaxşılaşdırılması, rəqib tərəfindən daha çox ərazinin nəzarət altına alınması normal proses sayılır. Naxçıvan istiqamətində üstünlüyə malik Azərbaycan mövqeləri də var", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin