Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan digər bir qərarla general-mayor Mikayel Arzumanyanı yenidən baş hərbi inspeksiya rəisinin müavini vəzifəsinə təyin edib.
Xatırladaq ki, aprelin 9-da Ermənistanın sabiq baş naziri Karen Karapetyanın qərarı ilə Qareqin Qabrielyan baş hərbi inspeksiya rəisinin birinci müavini vəzifəsinin icraçısı, general-mayor Mikayel Arzumanyan isə baş hərbi inspeksiya rəisinin müavini vəzifəsinə təyin edilib.
General-mayor Mikayel Arzumanyan işğal altında olan Qarabağdakı qanunsuz "hərbi birləşmə"nin komandirinin 1-ci müavini olub. O, 2018-ci il fevral ayında tutduğu "vəzifə"dən azad edilib.
Qareqin Qabrielyan isə 2012-ci ildə polis qoşunları komandirinin müavini vəzifəsindən azad edilərək, 2014-cü ildə Ermənistan prezidenti yanında baş hərbi inspeksiya rəisinin birinci müavini təyin edilmişdi.
Hazırda baş hərbi inspeksiya rəisi Ermənistan SQ sabiq BQ rəisi general-polkovnik Movses Hakopyandır. Daha öncə həmin vəzifəni general-polkovnik Mikayel Harutyunyan tuturdu. O, mayın 8-də öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilib.
Alpər Mövludoğlu
Ordu.az