"Qarabağda vəziyyətin gərginləşməsi mümkündür" - Erməni ekspertlər

2018/06/00-946_1530106328.jpg
Oxunub: 1686     21:32     27 İyun 2018    
"“Lavrov planı” Ermənistanın maraqlarına zidd olub... Vəziyyətin gərginləşməsi mümkündür".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu son zamanlar cəbhədə vəziyyətin aktivləşməsi ilə bağlı məsələlərə münasibət bildirən erməni ekspertlər deyib.


Erməni ekspert Styopa Safaryan, mətbuatda səsləndirilən “Lavrov planı”nın Ermənistanın maraqlarına zidd olduğunu bildirib.

""Lavrov planı" bizim maraqlarımıza ziddir. Gərginlik artır, Ermənistan beynəlxalq ictimaiyyətlə birgə bunun qarşısının alınması yollarını tapmalıdır", - deyə Safaryan narahatlığını gizlədə bilməyib.


“Mudos Vivendi” mərkəzinin sədri, ekspert Ara Papyanın sözlərinə görə isə müharibənin uzadılması imkanları həmişə var.

"Beynəlxalq gərginliyi nəzərə alaraq, vəziyyətin gərginləşməsini mümkün hesab edirəm. Hazırda Rusiyanın Azərbaycana qarşı kəskin mövqeyini görmürəm. Azərbaycan yaranmış vəziyyətdən istifadə etməyə davam edəcək", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin