Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 14:00 radələrində Sünik vilayətinin İrəvan-Meğri yolunun 184-cu km-də 25 yaşlı Arayik Kalaşyanın idarə etdiyi ВАЗ 21140 markalı avtomobili ilə yolun hərəkət hissəsindən çıxaraq, bir neçə dövrə vuraraq çevrilmiş halda sahəyə düşüb.
Məlumata görə, qəza nəticəsində sürücü A. Kalaşyan və onun sərnişini 18 yaşlı Gorus sakini L.Q. bədən xəsarətləri ilə Sisian bölgəsinin Ağitu hərbi hospitalına təxliyyə ediliblər.
Yaralanan şəxslərin hərbi qulluqçu olub-olmaması barədə məlumat verilmir.
Alpər Mövludoğlu
Ordu.az