Hindistan MN “Tejas” qırıcıları ilə bağlı komitə formalaşdırıb

2018/06/4848545841584_1530085947.jpg
Oxunub: 1980     15:47     27 İyun 2018    
Hindistan Müdafiə Nazirliyi yerli istehsal olan “Tejas” qırıcı təyyarələrinin qiyməti ilə bağlı narahatlıqların aradan qaldırılması məqsədilə yeni komitə formalaşdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni komitə sözügedən hərbi vasitənin qiymətinə nəzarəti həyata keçirəcək.

Hindistanın ilk milli yüngül döyüş təyyarəsi “Tejas” “Hindustan Aeronautics Limited” tərəfindən istehsal edilir. Ötən ilin dekabrında Hindistan Hərbi Hava Qüvvələri 83 ədəd “tejas Mark1A” təyyarəsi sifariş verib. Kompaniya hər bir təyyarə qarşılığında 67 milyon dollardan çox vəsait tələb edib.

“Hindistanda istehsal et” şüarı altında yerli müdafiə sənayesini təşviq etmək istəyən Hindistan hökuməti bu qiymətin yüksək olduğunu və onun hökumətin məqsədinə əngəl ola biləcəyini düşünür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tejas  


Bizi "telegram"da izləyin