Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz "hərbi birləşməsi"nin komandiri general-leytenant Levon Mnatsakanyan bildirib.
Cəbhənin müxtəlif istiqamətlərində cəmləşmələr olduğunu iddia edən Mnatsakanyan, bu mərhələdə hücum ehtimalının az olduğunu qeyd edib: "Bu mərhələdə hücum ehtimalı azdır, amma istisna edilmir. İndi cəbhədə praktik məşqlər aparırlar. Onların şəxsi heyəti məşq edir, texnikanı sınaqdan çıxarırlar, taktika hazırlayırlar. Bütün bunlar bizi hər hansı bir dəyişikliyə hazır olmağa vadar edir. Artıq sərhədin müxtəlif hissələrində təlimlər var, müşahidə kameraları çəkilişlərinə əsasən onlar böyük ölçülü təlimlər deyil.
Son bir ayda təlimlərin demək olar ki, arası kəsilməmişdir. Müxtəlif qüvvələr, bütün peşələr üzrə bölmələr cəlb olunur. Artilleriya hərbi təlimlərinə daha çox diqqət yetirilir. Bu il ərzində artıq bir neçə dəfə artilleriya hərbi hissələrinin hərbi təlimləri keçirilib. Bu təlimlər, həm onların ən yaxın dərinliyində olan təlim sahələrində, həm də əsas təlim mərkəzlərində keçirilir. Hazırda mühəndis bölmələrinin də təlimləri başlayıb. Yəni, onların müəyyən fəaliyyətlərə hazırlaşdığını düşünməyə əsas verir. Bu gün də tank, mühəndis və ehtiyat qüvvələrin təlimlərini müşahidə edirik".
Mnatsakanyan gülüncdə olsa, qanunsuz "hərbi birləşmə"nin "Polonez" və LORA-ları məhv etmək istiqamətində işlər aparıldığını deyib. Onun sözlərinə görə, qanunsuz hərbi birləşmə yeni raketlərə və kəşfiyyat vasitələrinə malikdir.
"Polonezdən başqa, İsraildən eyni tipli raketlər əldə etdiklərini nümayiş etdirirlər, eləcə də əlavə artilleriya qurğuları, tank əleyhinə vasitələr alıblar. Yəni onların silahlı qüvvələrini nə ilə komplektləşdirildiyini bilirik. Azərbaycan həm kəşfiyyat, həm də zərbə pilotsuz üçüş vasitələri istehsalını davam etdirir. Həm də yenidən İsrail istehsalı PUA-lar satın alınıb. Ötən ay ərzində daha çox dərinliklərdə PUA-ların uçuşları diqqəti cəlb edib. Əlbəttə ki, biz bunu izləyirik və əks tədbirlər görürük. Demək olar ki, bizim atdığımız addımlar əsasən yeni əldə edilmiş İsrailin LORA raket sistemlərinə və “Polonez”lərə qarşı yönəlib. Bizim hava hücümündan müdafiə qoşunları onları məhv etmək istiqamətində iş aparır. Biz də taktikalarımızda müəyyən dəyişikliklər edirik. Bu silahların qoşunlarımıza təsirini azaltmaq üçün hər şeyi edirik.
Biz də yeni silah əldə edirirk. Rəqəm deməyəcəm, biz də yeni raketlərə sahibik, əvvəllər olmayan silahlanmaya sahibik. Miqdarını artırmışıq. Hava şəraitindən asılı olmayaraq, düşmənin erkən aşkarlanmasını, hərəkətini aşkar edən kəşfiyyat vasitələrinin sayını artırmışıq, yeni atəşin idarə edilməsi vasitələri əldə etmişik", -deyə o bildirib.
Jurnalistin təkidlə "Yəni, düşmənin bu raketlərini vura bilərsiniz?" sualına Mnatsakanyan yenidən eyni şəkildə cavab verib: "Bəli, bu, hava hücumundan müdafiə qüvvələrimizin əsas tapşırıqlarından biridir və onları məhv etməyə qadirdir".
Alpər Mövludoğlu
Ordu.az