Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyalı hərbi ekspert Alexander Xramçixin bildirib.
O iddia edir ki, təyyarədən atılmaq üçün nəzərdə tutulan bu raketləri Azərbaycanın daşıyacaq təyyarələri yoxdur.
"Hansı təyyarə ilə zərbə enidirəcəklər, anlamıram. Başa düşmürəm ki, onlar bunu nə üçün alırlar, onların nəyinə lazımdır. Azərbaycan bildiyim qədər, hazırda Sovet istehsalı olan MİQ-29, MİQ-25 təyyarələrinə malikdir. Müasir türk raketlərin bu təyyarələrə yerləşdirilməsi uyğunlaşdırıla bilinər ya yox söyləmək çətindir ", - deyə rusiyalı ekspert bildirib.
Eyni zamanda, Aleksandr Xramçixin bunun silah olduğunu və əlbəttə ki, bunun əldə edilməsi Ermənistanı narahat etməyə bilməz, çünki Bakının gec və ya tez müasir təyyarələr də alacaqları istisna deyil.
Qeyd edək ki, dünən keçirilən hərbi parada hazırlıq zamanı Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunan SOM qanadlı raketləri nümayiş etdirilib. SOM raketləri Amerikanın "Lockheed Martin" şirkəti tərəfindən verilən lisenziya əsasında istehsal olunur.
Alpər Mövludoğlu
Ordu.az