Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

2018/06/5848741458_1530018419.jpg
Oxunub: 1345     20:36     26 İyun 2018    
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);

- Fəvvarələr meydanında;

- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   100-illik   hərbi-orkestr  


Bizi "telegram"da izləyin