Hərbi paradda DANA və “Vampir”lərə BAXIŞ

2018/06/555555555_1530017848.jpg
Oxunub: 3348     20:44     26 İyun 2018    
Hərbi parad zamanı DANA ÖAQ-larının modernizə olunan variantları və RM-70 “Vampir” YARS-ları da nümayiş etdirilib.

DANA və “Vampir”lər barədə saytımızda dəfələrlə məlumatlar verdiyimizdən bu yazıda vasitələrin yalnız taktiki-texniki xüsusiyyətlərinə toxunacağıq.

Paradda nümayiş etdirilən “Dana” M1M modeli öz sələflərindən bir sıra üstünlüklərilə seçilir. İlk dəfə olaraq qurğu Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən 18 sentyabr 2017-ci ildə keçirilən irimiqyaslı ordu təlimlərində nümayiş olunub.

Azərbaycanın Silahlı Qüvvələrinə daxil olan DANA ÖAQ-larının modernizə olunan variantları bu üstünlüklərə malikdir:


- Yeni atəşin idarəedilməsi sistemi - bu anlayış sistemin yeni innovasiyalar üzərində qurulmuş texnologiyasıdır ki, bir sıra aşağıda göstərilən üstünlüklərə malikdir;
- Topun maksimal olaraq müstəqilliyi;
- Atəş sahəsinə girib atəş açmaq və atəşdən sonra sahəni tərk etmək üçün vaxt;
- Atəşin yüksək dəqiqliyi;
- Atəşin korreksiyası üçün sadələşdirilmiş rejim;
- Atəş tapşırıqlarının yazılması;
- Döyüş effektivliyinin yüksəkliyi;
- Qurğunun C41 sisteminə inteqrasiyası;
- Daxil olan məlumatın analizetmə və başqa qurğu heyətlərinə catdırılma vasitəsi.


Sistemin arxitekturası:

- İnersial-naviqasiya topoqrafik qurğu;
- Artilleriyacının ballistik kompüteri;
- Artilleriyacının intelektual uzaqlıq ölçmə cihazı;
- Kommunikasıya vasitəsi.

Çexoslovakiya istehsalı reaktiv yaylım atəş sistemi olan RM-70 “Vampir” (NATO kod adı M1972) də ilk dəfə olaraq paradda nümayiş etdirilib. “Vampir”lər səkkizoxlu, zirehli, “Tatra”T-818 (8x8) şassisi üzərində quraşdırılıb. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Bu şassi düz yerdə 85km/saat, qrunt yolda isə 35km/saat sürətlə hərəkət edir.


Yaylım atəşi: 20 saniyə
Döyüş vəziyyətinə gətirilməsi vaxtı: 2.5 dəqiqə
Yer dəyişmə: 3 dəqiqə
Məhv etmə radiusu: 3.5 hektar
Bir mərmisinin çəkisi: 66.35 kq
Maksimum atəş məsafəsi:20.38 km
Hədəfə çatma müddəti: 2.5 dəqiqə

“Vampir”in əsas xüsusiyyətlərindən biri də budur ki, üzərində olan 40 raketdən əlavə olaraq, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raketi qısa bir müddət ərzində düşmənə ata bilir. SSRİ istehsalı olan əfsanəvi 122 mm-lik BM-21 Qradın cəmi 40 raketi mövcuddursa, RM-70 “Vampir”lərin əlavə olaraq 40 raketdə ehtiyatında mövcuddur. Belə ki, əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses cəmi 1 dəqiqə vaxt aparır. Beləliklə “Vampir” qısa bir müddət ərzində (3-4 dəqiqə ərzində) düşmənə 80 raket zərbəsi endirməyə qadir olur və eyni zamanda çevik şəkildə ərazini tərk edərək düşmənin cavab zərbəsindən yayınmış olur. Bir komplekti (40 raket) 70 hektar ərazini məhv etməyə qadirdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin