Ermənistan ordusunun polkovniki yaralandı, rus hərbçi öldü

2018/06/345_1530003188.jpeg
Oxunub: 3913     16:51     26 İyun 2018    
Ermənistanda baş verən qəzalarda rusiyalı hərbçi ölüb, erməni hərbi qulluqçu isə ağır yaralanıb.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, bu gün saat 06:20 radələrində Gümrü şəhərində Rusiya vətəndaşı 22 yaşlı Vladislav Kulakov idarə etdiyi "Nissan X Trail" markalı avtomobillə maneyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Maşında kilitlənərək qalan meyiti xüsusi vasitələrin köməyi ilə xilasedicilər çıxardıb. Verilən məlumata görə ölən rus hərbi bazasının kiçik çavuş rütbəli hərbi qulluqçusudur.

Ötən gün isə Ermənistanda daha bir hərbi qulluqçu qəza törədib.

Dünən saat 19:10 radələrində İrəvan şəhərinin Erebuni məhəlləsində hərbi qulluqçunun iştirakı ilə avtoqəza baş verib. 43 yaşlı Hovik Abrahamyanın idarə etdiyi "Nissan Teana", 52 yaşlı Stepan Bağdasaryanın idarə etdiyi "Opel Vectra" və 24 yaşlı Qor Adibekyanın idarə etdiyi "Toyօta Camry" markalı avtomobillər toqquşublar.


Məlumata görə, qəzada yaralanan 3 nəfər “Erebuni” tibb mərkəzinə təxliyyə edilib. Yerində keçirilən yoxlama zamanı məlub olub ki, Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçusu olan 43 yaşlı polkovnik-leytenant Hovik Abrahamyan sərxoş vəziyyətdə olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza   Ölüm  


Bizi "telegram"da izləyin