Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.
Prezident qeyd edib ki, son illər ərzində onlarla hərbi şəhərcik yaradılıb: "Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Deyə bilərəm ki, hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya əsaslı təmir edilib".
"Növbəti iki-üç il ərzində bütün hərbi şəhərciklər təmirli olunacaq", - deyə ali baş komandan vurğulayıb.
Ordu.az