Canikli və Hülusi Akar bu gün Bakıya gələcəklər

2018/06/76_1529931372.jpg
Oxunub: 2532     20:55     25 İyun 2018    
Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi bu gün Bakıya gələcəklər

Ordu.az virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Nurettin Canikli və ölkənin Baş Qərargah rəisi Hülusi Akar bu gün Bakıya səfərə gələcəklər.

Mənbənin bildirdiyinə görə, səfərdə məqsəd sabah, iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda iştirakdır.

Qeyd edək ki, sabahkı parad Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-Azərbaycan   Hərbi-parad  


Bizi "telegram"da izləyin