Ali Baş Komandan şəhid əsgəri medalla təltif etdi

2018/06/20_15268921270_1526983428_1529924773.jpg
Oxunub: 3470     19:05     25 İyun 2018    
Prezident İlham Əliyev mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovu təltif edib.

Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə A.Tatarov (ölümündən sonra) "Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Adil Əli oğlu Tatarov bundan əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr ilə “Şücaətə görə” medalı ilə təltif olunmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Adil-Tatarov   Vətən-uğrunda  


Bizi "telegram"da izləyin