Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

2018/06/6_7649593735.jpg
Oxunub: 3281     16:08     25 İyun 2018    
İyunun 25-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələrin 100 illiyi münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin və "Türk Şəhidliyi" abidəsinin önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyulub.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Şəhidlər-Xiyabanı  


Bizi "telegram"da izləyin