Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, may ayı ərzində Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşməsi” də daxil olmaqla, orduda baş verən itkilər barədə rəsmi məlumat yayılıb.
Ay ərzində 7 ölüm faktı baş verib ki, bunların da hamısı qeyri-döyüş itkiləri kimi təqdim edilib.
Qeyri-döyüş itkiləri:
- 4 mayda Ermənistan ordusunun şimal-şərq istiqamətindəki bölmələrin döyüş mövqeyində intihar həddinə çatdırma nəticəsində müddətli xidmət hərbi qulluqçusu Artur Artyomi Qasparyan ölüb.
- 6 mayda Ermənistan ordusunun şimal-şərq istiqamətindəki bölmələrin döyüş mövqeyində intihar həddinə çatdırma nəticəsində müddətli xidmət hərbi qulluqçusu Levon Arseni Torosyan ölüb.
- 20 mayda Ermənistanın Qarabağdakı hərbi birləşməsinin şərq istiqamətindəki bölmələrindən birində intihar həddinə çatdırma nəticəsində müddətli xidmət hərbi qulluqçusu Hamlet Norayri Qriqoryan ölüb.
- 22 mayda Ermənistan ordusunun cənub-qərb istiqamətindəki bölmələrin döyüş mövqeyində odlu silah yarası nəticəsində müddətli xidmət hərbi qulluqçusu Martin Qriqori Xaçaturyan ölüb.
- 26 mayda Ermənistan ordusunun bölmələrindən birində intihar nəticəsində kapitan Hmayak Hakobi Hakobyan ölüb.
- 29 mayda Qeğarkunik vilayətində baş verən avtoqəzada Ermənistan ordusunun hərbi qulluqçusu Narek Cağaryan ölüb.
- 30 mayda işğal altında olan Qarabağın şimal istiqamətində baş verən avtoqəzada Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Suren Sureni Ayvazyan ölüb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.
Alpər Mövludoğlu
Ordu.az