Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 21-də Ermənistanın Ararat vilayətində taksi sürücüsünü qəddarcasına öldürməkdə ittiham edilən müqaviləli hərbi qulluqçu O.Vadim 17 il müddətinə azadlıqdan mərhum edilib.
Bu barədə qərarı Ararat və Vayots Dzor vilayətinin ümumi yurisdiksiya məhkəməsi verib. Məhkəmə zərərçəkən tərəfin mülki vəsadətini təmin edərək, öldürülənlərin yaxınlarına 1.5 milyon dram təzminat ödənilməsi barədə iddianı da təmin edib.
Xatırladaq ki, 21 aprel 2017-ci il saat 18:00 radələrinə ittiham edilən hərbi qulluqçu, Masis şəhər sakininin "Opel" markalı taksisinə əyləşərək Noramarq kənd məzarlığına getməyi sifariş edib.
Noramarq və Rəncbər kəndlərini ayıran suvarma su qovşağının yanında təbii ehtiyaclarını ödəmək adı ilə maşını saxladıb. Hər ikisi maşından çıxıb. Bu məqamda hərbi qulluqçu küt alətlə sürücüyə hücum edərək, 5 dəfə zərbə endirməklə, bədən xəasrətləri yetirib. Daha sonra dəmir alətlə sürücünün başına zərbə endirilib. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
O, sürücünün pulunu və mobil telefonunu mənimsəyib, meyitini isə çəkərək su kəmərinə atıb. Daha sonra "Opel" markalı avtomobili sürərək kəndə gedib. Törədilən hadisə 8 may 2018-ci ildə meyitin aşkarlanması ilə məlum olub.
Alpər Mövludoğlu
Ordu.az