Erməni hərbi qulluqçunu komandiri öldürüb

2018/06/213_1529829119.jpg
Oxunub: 1537     16:29     24 İyun 2018    
Ermənistan istiintaq komitəsinin 5-ci qarnizon şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində iyunun 22-də meyiti aşkar edilən müqaviləli hərbi qulluqçu Hovhanes Melkonyanın ölüm səbəbləri müəyyən edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, araşdırma nəticəsində döyüş mövqeyində bölük komandirinin müavini tərəfindən bir başqa hərbi qulluqçuya təhkim edilmiş silahdan açılan atəş nəticəsində müqaviləli hərbi qulluqçu Hovhanes Melkonyanın aldığı odlu silah yarasından öldürüldüyü məlum olub.

Açılan cinayət işi çərçivəsində bölük komandirinin müavini həbs edilib.

İstintaq araşdırma tədbirləri davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Ölüm  


Bizi "telegram"da izləyin