Ermənistan Azərbaycandan Başkəndə görə icazə istədi - TƏXRİBAT

2018/06/Baskənd_1529774189.jpg
Oxunub: 4160     01:06     24 İyun 2018    
Ermənistan müdafiə nazirliyi Azərbaycandan Başkəndlə bağlı təxribatçı niyyətlərə söykənən icazə istəyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Ermənistanın "Kentron" televiziya kanalında Günnüt kəndinin azad edilməsinə dair veriliş nümayiş edilib.

Verilişdə qeyd edilib ki, Ermənistan tərəfi bundan sonra da humanizm normalarını rəhbər tutaraq azərbaycanlıların öz məzarlıqlarını ziyarət etməyə bir şərtlə icazə verəcək ki, ermənilərə də eyni şərait yaradılsın və onlar Başkənddəki erməni məzarlıqlarını ziyarət etsinlər.

Məlumata görə, Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhanisyan bu mövqenin, rəsmi mövqe olduğunu təsdiq edib.

Qeyd edək ki, Ermənistanın Başkəndi Günnütlə bir tutaraq, humanizm normaları altında nəyi ifadə etmək istədiyi məlumdur. Bu baxımdan, bu icazə forması təxribat niyyətli istək kimi dəyərləndirilməlidir. Naxçıvanda Kərkidən, Qazaxda 7 kənddən və ümumilikdə Qarabağdan didərgin düşmüş 1 milyondan artıq soydaşımız 25 ildən artıq öz dədə-baba yurdlarına qayıda bilmir, məzarlıqları güllələnib. Bu çərçivədə erməni "humanizmliyi"ndən danışmaq təmamilə absurd və gülüncdür.

Xatırladaq ki, tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüblər. XX əsrin 90-cı illərin əvvəlinədək Azərbaycan ərazisisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub. 7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənd hesab olunur. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulub. Ərazisi 61 km²-dir. Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290 km² olur.

Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi. Lakin Azərbaycan Milli Ordusunun hissələrinin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd erməni quldur yaraqlılarından təmizləndi. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Başkənd   Təxribat  


Bizi "telegram"da izləyin