Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə kənd rəhbəri Qevork Misakyan bildirib.
Onun sözlərinə görə, Melkonyanlar ailəsi olduqca ağır vəziyyətdə yaşayır.
"Melkonyanlar ailəsi kəndin ən kasıb və sosial vəziyyəti pis olan ailələrindəndir. Kənddə taxta damda yaşayan yalnız onun ailəsidir. Zəlzələ zamanı valideynlərini itirərək yetim qalmışdı, bədbəxt adam idi", - deyə kənd rəhbəri bildirib.
Məlumata görə, hərbi komissarlıqda hələ onun ölümün dəqiq səbəbləri məlum deyil. O, hərbi xidmətə gedənədək tək yaşayıb. Daha sonra evlənən Melkonyanın 3 uşağı olub. Qızlarından birini 1 həftə öncə evləndirib, oğlu məktəblidir, bir qızı məktəbi bitirib. Arvadı isə günəmüzd işləyir.
Alpər Mövludoğlu
Ordu.az