Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə general Norat Ter-Qriqoryants Azərbaycan Ordusunun Naxçıvanda aktivləşməsi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
Erməni general qeyd edib ki, hazırda rəsmi İrəvan baş verənlərə cavab verə bilmir və səssizdir.
"Bizim dövlətimiz səssizdir. Azərbaycan hərbi əməliyyatların bərpası üçün zəmin hazırlayır. Nə xarici işlər nazirliyi, nə Ermənistan müdafiə nazirliyi, nə də başqa bir nəfər birbaşa funksional vəzifələrini yerinə yetirmir", - deyə o şikayətlənib.
Təqaüddə olan general, xüsusilə Ermənistanın xarici siyasətini güclü tənqid edib. Onun sözlərinə görə, yeni hakimiyyətə hər cür dəstəyi təmin etmək üçün İrəvana gəlib, bəzi praktiki məsləhətlər verməyi planlaşdırsa da, onu vaxt edib qəbul etməyiblər.
Erməni general, Moskvada Nikol Paşinyanın son səfəri zamanı onunla görüşəcəyinə ümid etdiyini, lakin onu və onun döyüşçü yoldaşlarını məyus edərək onlara vaxt ayrılmadığını qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az