Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 15:00 radələrində Ermənistanın Kotayk vilayətinin Nor Qeği-Eğvard yolunda Ermənistan müdafiə nazirliyinə məxsus "Ural" markalı yük avtomobili yolun hərəkət hissəsindən çıxaraq yol hərəkətini nizamlayan yol nişanına çırpılıb, daha sonra qaz borusu kəmərinə dəyərək aşıb.
Yerli sakinlər qaldırıcı kranla avtomobili normal vəziyyətə gətiriblər.
Məlumata görə, qəza nəticəsində ölən və ciddi xəsarət alan olmasa da, həkimlər sürücü və sərnişinə ilkin tibbi yardım göstəriblər.
"Ural" markalı yük avtomobili müdafiə nazirliyinə məxsus olduğuna görə hadisə yerinə hərbi polis əməkdaşları da cəlb edilib. Avtomobil mərmilərlə yüklü olub və partlayış baş verməyib.
Araşdırma aparılır.
Ordu.az