MN ermənilərin yaydığı məlumatı yalanladı

2018/06/12312_1525770639_1526102816-(1)_1526622716-(1)_1526880556_1527403011_1527919048_1528695449_1529219938_1529767205.jpg
Oxunub: 3745     21:52     23 İyun 2018    
Bu gün erməni mətbuatında düşmən əsgərin cəsədinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyi erməni KİV-lərində yayılan məlumatlara dərhal münasibət bildirib.

Nazirlikdən Ordu.az-a daxil olan məlumatda qeyd edilib ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür.

"Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib. Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib", - deyə məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təxribat  


Bizi "telegram"da izləyin