Müdafiə naziri yeni inzibati binanın açılışında iştirak edib - FOTO

2018/06/1_1529766270.jpg
Oxunub: 3963     20:42     23 İyun 2018    
Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, iyunun 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilmiş yeni inzibati binasının açılışında iştirak ediblər.


Müdafiə nazirinə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilmiş dördmərtəbəli bina yüzdən artıq inzibati və xidməti iş otaqları, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalından ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Ərazidə nəzarət buraxılış məntəqəsi, xüsusi avtomobil texnikası üçün saxlanc, yeməkxana tikilib, ağac və dekorativ gül kolları əkilib, asfalt örtüyü salınıb.


Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   İnzibati-bina   Açılış  


Bizi "telegram"da izləyin