BMT Rusiya qoşunlarının Moldovadan çıxarılmasını tələb edir

2018/06/6456_1529739289.jpg
Oxunub: 1725     15:28     23 İyun 2018    
Dünən BMT-dən Rusiyaya qoşunlarının Moldovanın Dnestryanı bölgəsindən çıxarılması ilə bağlı rəsmi tələb göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qərar dünən keçirilən ümumi iclasda qəbul edilib.

İlk olaraq Britaniya, Kanada və Polşa başda olmaqla ümumilikdə 11 ölkə Rusiya qoşunlarının Moldovadan çıəxarılmasını tələb edib.

Daha sonra bu tələb üzərində hazırlanmış qərar səsverməyə çıxarılıb.

193 dövlətdən 162-nin iştirak etdiyi səsvermədə 64 ölkə qərarın lehinə, 15-i əlehinə səs verdiyi halda 83 ölkə neytrallığını qoruyub.

Səs çoxluğu ilə qəbul edilən qətnamədə Rusiya qoşunlarının tez bir zamanda Moldovadan qeyd-şərtsiz olaraq çıxarılmalı olduğu bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Moldova   BMT  


Bizi "telegram"da izləyin