Erməni hərbi hissə komandirinin iş otağı basıldı

2018/06/345345345_15166195193456_1516705553_1529691222.jpg
Oxunub: 2230     02:14     23 İyun 2018    
Erməni hərbi hissə komandirinin rüşvət alması faktı üzrə yeni detallar məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan istintaq komitəsi tərəfindən Ermənistan müdafiə naziriyinin "N" nömrəli hərbi hissə komandirinin külli miqdarda rüşvət alması faktı üzrə yeni detallar məlum olub.

Aparılan hərtəfli araşdırmanın təmin edilməsi məqsədilə iyunun 21-də hərbi hissə komandirinin iş otağında, "Yerkrapah" tərkilarının mərkəzi rayon ofisində və yardımçı tikililərində axtarış istintaq tədbirləri həyata keçirilib.

Nəticədə iki ədəd tüfəng, komandirin iş otağında isə istintaq üçün əhəmiyyət kəsb edən pulların verilməsi, alınmasını əks etdirən qəbzlər və qeyd dəftəri aşkar edilərək götürülub.

Xatırladaq ki, polkovnik-leytenant rütbəli erməni hərbi hissə komandirinə qarşı rüşvət alma ittihamı ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-hissə  


Bizi "telegram"da izləyin