Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni polkovnik Volodya Avetisyan "Yerkrapah" təşkilatının sədri Manvel Qriqoryanla bağlı son hadisələrə münasibət bildirərkən qeyd edib.
Qriqoryan, təşkilatın rolunun nədən ibarət olduğunu bilmədiyini və onun ləğv edilməsinin zəruri olduğunu bildirib: "Yerkrapah"ın rolunun nə olduğunu bilmirəm. Bunu bir neçə dəfə demişəm. Aprel döyüşləri bir daha sübut etdi ki, qanunla nəzərdə tutulmuş səfərbərlik prosesi baş vermədi, çünki hərbi hissələrin komplektləşdirilməsinə lazım olanlar, qruplar halında könüllü olaraq getdi. Buna görə də təşkilat ləğv edilməlidir".
Onun sözlərinə görə, "Yerkrapah" köhnə hakimiyyətin maraqlarına xidmət etmək üçün yaradılmışdı. 5 yaşından "Yerkrapah"a cəlb etməklə bu resursları daha sonra seçkilərdə öz xeyrlərinə istifadə edirdilər.
"Korrupsiya ilə məşğul olmaq, oğurlamaq, talan etmək olmaz. Müharibə edən dövlətdə büdcə oğurluğu məğlubiyyətdir, çökmə deməkdir", - deyə erməni polkovnik vurğulayıb.
Qeyd edək ki, "Yerkrapah" mərkəzi ofisində keçirilən növbədənkənar iclasda Manvel Qriqoryanın səlahiyyətlərinin və təşkilatın maliyyə siyasətini müvəqqəti dayandırılması qərara alınıb.
Bundan başqa Ermənistan parlamenti Qriqoryanın deputat toxunulmazlığını ləğv edib və bundan sonra o, məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs olunub.
Alpər Mövludoğlu
Ordu.az