"Ermənistan sülh istəyirsə, qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır" - Məmmədyarov

2018/06/3345345_1529656732.jpg
Oxunub: 2803     16:37     22 İyun 2018    
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin Miskdə keçirilən qeyri-rəsmi toplantısında çıxış edib.

XİN-in mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, E. Məmmədyarov 2017-ci ili Aİ-Azərbaycan əlaqələrinin inkişafında dönüş ili adlandırıb.

Nazir Ermənistan xarici işlər nazirinin sülhdən danışdığı halda, bu ölkənin ilk növbədə öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu diqqətə çatdırıb, işğal faktının davam etməsinin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb: “Ermənistan sülhdən danışırsa, təhlükəsizliyə də öhdəlik daşımalıdır və öz qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.

İnsanlararası təmas məsələsinə toxunan nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının əlaqələrinin təşviq edilməsini dəstəkləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məmmədyarov   Qarabağ  


Bizi "telegram"da izləyin