Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan bildirib.
Onun sözlərinə görə, Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsi doğru məlumatdır.
"Azərbaycan müdafiə nazirliyinin yaydığı 30 dəqiqəlik video görüntüdə iddia edilir ki, Azərbaycan ordusu hücuma keçərək Günnüt kəndini, çılpaq gözlə Arpa (Areni) kəndi və kəndin infrastruktur tikililərini müşahidə altında saxlamağa imkan verən bir sıra əhəmiyyətli yüksəklikləri və mövqeləri azad edib.
Video görüntüyə əsasən Azərbaycan ordusu yeni azad edilmiş mövqelərə doğru aparan ümumi hesabla 50 km uzunluğunda yeni yollar inşa edib", - deyə Hovhannisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az