HHQ-nin helikopter və təyyarələri Bakı səmasında uçuşlar edib

2018/06/345345_1529647725.jpg
Oxunub: 1591     14:07     22 İyun 2018    
Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri paradın məşqlərini davam etdirir.

Ordu.az xəbər verir ki, bu gün səhər saatlarında aviasiya vasitələri Bakı səmasında növbəti uçuşlar edib.

Məşqlər Azərbaycan bayrağı və Heydər Əliyevin portretini daşıyan iki helikopterin uçuşu ilə başlayıb.

Daha sonra helikopter və təyyarələr Bakı buxtası üzərində uçuşlar edib.

Qeyd edək ki, parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-parad   Hazırlıq  


Bizi "telegram"da izləyin