Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ HHQ-nin GPS proqramını “Lockheed Martin” kompaniyası həyata keçirir.
“Lockheed Martin” bu GPS-lərin təkmilləşdirilməsi üçün “Harris” korporasiyasından 10 ədəd naviqasiya sistemi alıb. Şirkətin bunların dördünü GPS-III kosmik vasitəsinə uğurla birləşdirdiyi bildirilir.
Geri qalan sistemlərin bu ilin sonuna doğru quraşdırılması, həm də vasitələrdən birincisinin də həmin vaxtda atışa hazır olacağı gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az