Naxçıvanda raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib - FOTOLAR

2018/05/2152_4579413984.jpg
Oxunub: 1084     15:45     16 May 2018    
Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tapşırıqların uğurla yerinə yetirilməsi bir daha göstərir ki, bu gün özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.

Ordu.az

Teqlər: Hərbi-təlim   Əlahiddə-Ümumqişun-Ordu  

Xəbər lenti

Naxçıvanda raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib - FOTOLAR

2018/05/2152_4579413984.jpg
Oxunub: 1085     15:45     16 May 2018    