Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin görüşü keçirilir

2018/05/2140_1526453697.jpg
Oxunub: 2741     14:56     16 May 2018    
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılıcaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan.Türkiyə   Gürcüstan  


Bizi "telegram"da izləyin