Donbasda gərginlik davam edir: 1 ölü, 2 yaralı

2018/05/2424_1526448796.jpeg
Oxunub: 1931     13:31     16 May 2018    
Ötən gün Ukraynanın şərqində - Donbasda gərginlik davam edib və separatçılar atəşkəsi 45 dəfə pozublar.

Ordu.az xəbər verir ki, bu barədə Birləmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, atəşkəs 17 dəfə ağır silahların istifadəsi ilə pozulub və atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub, daha 2 hərbi qulluqçusu isə yaralanıb.

Luqansk istiqamətində vəziyyət Troitsk və Novozvanovka rayonları ərazisində daha gərgin olub. Donetsdə isə atəşkəs Maysk, Zaytsev, Jeleznoye, Verxnetroetsk və Peskidə xüsusilə intensiv şəkildə pozulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin