Beynəlxalq humanitar hüquq üzrə təlimatçıların təlim kursu keçirilir - FOTOLAR

2018/05/12_3052784680.jpg
Oxunub: 3623     21:44     15 May 2018    
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci tədris ili üçün hazırlıq planına əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Gəncə şəhərində beynəlxalq humanitar hüquq üzrə təlimatçıların təlim kursu keçirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə “Beynəlxalq humanitar hüququn anlayış və prinsipləri”, “Beynəlxalq Qırmızı Xaç Komitəsi haqqında məlumat”, “Komandirin cavabdehliyi”, “Mülki müdafiə və beynəlxalq humanitar hüquq”, “Hərbi əsirlər”, “Beynəlxalq insan hüquqlarının anlayış və prinsipləri”, “Əməliyyatların aparılması” mövzularında mühazirələr oxunacaq və brifinqlər təqdim olunacaq.

Təlim kursu mayın 25-dək davam edəcək.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Təlim-kursu  


Bizi "telegram"da izləyin