Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Çinin Cənubi Çin dənizinə iddiası 2016-cı ildə Beynəlxalq Haaqa Məhkəməsinə çıxarıldıqdan sonra çıxan qərar Çinin əleyhinə olsa da, qərarın həyata keçirilməsi üçün konkret mexanizm yoxdur.
Çin 1950-ci illərdən bu yana iddia etdiyi bölgələrin mənimsənilməsi istiqamətində səylərini son zamanlarda durmadan artırır.
ABŞ-ın Sakit okean Komandanlığının rəhbərliyi Çinin hazırda de-fakto Cənubi Çin dənizinə nəzarət etdiyini iddia edib. O, fikirlərində heç bir şişirtmənin olmadığını bildirib.
Vaşinqton və Avstraliyanın döyüş gəmiləri Dənizçilik Əməliyyatlarının Azadlığı (FONOP) adı altında ümumi zonada üzür. Lakin bu aktların Çinin addımlarını dayandırmaq üçün səmərəli olmadığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az