SQQ Türkiyə ilə sərhəddə geniş miqyaslı anti-terror əməliyyatına hazırlaşır

2018/05/8945145_1526115601.jpg
Oxunub: 2880     17:01     12 May 2018    
Suriya Quru Qoşunları Türkiyə ilə sərhəddə yerləşən Latakiya vilayətində terrorçulara qarşı geniş miqyaslı təlim keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə bölgədə böyük tərkibdə keçirilən əsgərlərin təlimi davam edir.

Təlimlərin yekunlaşmasından sonra əsgərlər Əl-Akrad və Cəbal Əl-Türkmən bölgələrində terrorçularla döyüşə girəcək.

Daha sonra əməliyyatın ikinci mərhələsi Əl-Qaabda baş tutacaq və İdlibdəki Cisr Əl-Şuqur bölgəsinin azad edilməsinə qədər davam edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə   Terror  


Bizi "telegram"da izləyin