Tramp ABŞ qoşunlarının Suriyada qalmasına razılaşıb

2018/05/3453_1526113621.jpg
Oxunub: 3731     16:25     12 May 2018    
ABŞ prezidenti Donald Tramp qoşunların bir müddət də Suriyada qalmasına razılıq verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna Milli Təhlükəsizlik Şurasının iclasında qərar verib.

Görüş zamanı Tramp bir daha qoşunların Suriyadan tezliklə çəkilməsində təkid edib. Lakin o bu dəfə də ölkədən çəkilməklə bağlı dəqiq tarix açıqlamayıb.

Onun Suriyada İŞİD-in məğlub edilməsindən əmin olmaq istədiyi bildirilir. İddialara görə, Tramp ən azı bir il daha qoşunların Suriyada qalmasına razılaşıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Suriya   ABŞ-qoşunları  


Bizi "telegram"da izləyin