Mogerini: “Bir ölkə təklikdə İranla nüvə müqaviləsini dağıda bilməz”

2018/05/2018-Federika-Mogerini_1526047063.jpg
Oxunub: 2619     21:57     11 May 2018    
“Bir ölkə təklikdə İranın nüvə proqramı üzrə müqaviləni dağıda bilməz”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.

“İranla nüvə proqramına dair müqavilə ikitərəfli yox, dünyaya məxsus çoxtərəfli layihədir. Biz onun həyata keçirilməsində maraqlıyıq və bu, bizim təhlükəsizliyimizin təminatıdır”, - deyə Mogerini bildirib.

O qeyd eddb ki, Hərtərəfli Birgə Fəaliyyət Planını qüvvədə saxlamaq çətin olacaq, lakin Avropa İttifaqı bu müqavilənin qüvvədə qalması üçün cəhdlərini əsirgəməyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Federika-Mogerini  


Bizi "telegram"da izləyin