"Federika-Mogerini" sözünə uyğun 13 nəticə tapıldı!

Mogerini: “İranla razılaşma Avropa təhlükəsizliyinin əsas məsələsidir”

2017/12/2015-07-14T103422Z_435062294_LR2EB7E0TCZYF_RTRMADP_3_IRAN-NUCLEAR34534_1512478819.jpg
Oxunub: 1280     20:58     05 Dekabr 2017    
“İranla nüvə razılaşmasının davamlı olaraq yerinə yetirilməsi Avropa, qlobal və regional təhlükəsizliyin açar məsələsidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ABŞ dövlət katibi Reks Tillersonla görüş zamanı vurğulayıb.

“Mən bəyan etdim ki, Avropa İttifaqının baxış bucağından İranla nüvə razılaşmasının yerinə yetirilməsinin davam etdirilməsi Avropa, eləcə də qlobal və regional təhlükəsizliyin əsas strateji prioritetidir”, - deyə Mogerini qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran