Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, İldə, Babill və Beyt-Sahem yaşayış məntəqələrindən çıxarılan döyüşçülər avtobuslarla İdlib və Carablusa yola salınıblar.
Qeyri-qanuni silahlı birləşmələrin bir hissəsi isə öz fəaliyyətini tamamladığını və hökumət tərəfindən təqdim edilən amnistiyadan istifadə etdiklərini açıqlayıblar.
“Al Mayadeen” nəşrinin məlumatına görə, artıq Suriya ordusunun istehkamçıları silahlı birləşmələrin çıxarıldığı ərazilərdə minaszılaşdırma üzrə işlərə başlayıblar.
Ağalar Qəribov
Ordu.az