Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd səsləndirib.
“Yüz milyardlar, 200 milyard, bəzi hesablamalara görə, 400 milyard dollar. Niyə bu dəqiq deyil? Çünki bəzi ərazilər hələ də terrorçuların nəzarəti altındadır. Buna görə də dəqiq hesablar ərsəyə gətirmək mümkün deyil”, - deyə Əsəd qeyd edib.
Xatırladaq ki, ötən ay verdiyi müsahibələrin birində Əsəd Suriya infrastrukturunun bərpasının 10-15 ilə mümkün ola biləcəyini bildirib. O, bu yenidənqurma işlərində əsas üstünlüyün Rusiya kompaniyalarına veriləcəyini, lakin eyni zamanda Çinin də diqqət göstərdiyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az