Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ərazidə olan yerli mənbələr bildirib.
Məlumata görə, Küneytrədəki terrorçular hökumət qüvvələrinin Xəzər şəhərindəki mövqelərinə hücum edib. Lakin ordu bu hücumları dəf etməyə nail olub. Meydana gələn qarşıdurma zamanı terrorçuların mövqelərinə artilleriya və raket zərbələri endirilib.
Derada isə əl-Xat və əl-Kaşef şəhərlərində ordunun əsgərlərinə hücum edildiyi, lakin hücumun dəf edildiyi bildirilir. Hər iki bölgədə baş verən qarşıdurmalar nəticəsində onlarla terrorçu məhv edilib.
Ağalar Ağalarlı
Ordu.az