Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun sözlərini şərh edərkən bildirib.
“Suriyaya raket zərbələri Rusiya və Türkiyəni ayırmayıb və Moskva ilə Ankaranın əməkdaşlıq planının davam etməsinə təsir göstərməyəcək”, - deyə Peskov bildirib.
O qeyd edib ki, Rusiya və Türkiyə arasında çoxşaxəli əməkdaşlıq qurulur və belə bir hal iki ölkənin münasibətlərini poza bilməz.
Xatırladaq ki, daha öncə Fransa prezidenti Emmanuel Makron ABŞ, Fransa və Britaniyanın Suriyaya raketlər endirməklə Rusiya və Türkiyəni ayırdığını açıqlayıb.
Ağalar Qəribov
Ordu.az