Çin XİN: ABŞ “Səhrada fırtına”nı təkrarlamağa çalışır

2018/04/1573_1523882014.jpg
Oxunub: 1488     16:31     16 Aprel 2018    
“ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının Suriyaya raket zərbələri endirməsi onların məsuliyyətsizliyini nümayiş etdirir”.

Ordu.az “South China Morning Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunyin bəyan edib.

“Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniyanın Suriyaya zərbə endirmək üçün heç bir əsasları yox idi. Kimyəvi hücum faktının özü nə araşdırılmış, nə də sübut edilməmişdi”, - deyə Çunyin bildirib.

O qeyd edib ki, Çin beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxış edir və digər ölkələrin suvereliyinə hörmətlə yanaşmağa çağırış edir.

“Hələ 2003-cü ildə ABŞ və Böyük Britaniya Səddam Hüseyn hökumətinin nüvə silahı hazırlaması bəhanəsiylə İraqa hücum etdi, lakin “Səhrada fırtına” əməliyyatı çərçivəsində bu silah İraq ərazisində aşkarlanmadı. Donald Tramp oğul Corc Buşun səhvlərini təkrarlamağa çalışır. Bütün dövlətləri güc tətbiq etməzdən öncə BMT-nin nizamnaməsinə nəzər salmağa səsləyirik”, - deyə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Çin   ABŞ   Suriya   Səhrada-fırtına  

Xəbər lenti

Çin XİN: ABŞ “Səhrada fırtına”nı təkrarlamağa çalışır

2018/04/1573_1523882014.jpg
Oxunub: 1489     16:31     16 Aprel 2018    