Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmi Mərmərə dənizindən Bosfor boğazına bu gün səhər 10:00 radələrində keçid edib.
Gəmiyə Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri eskortluq edib. Hərbi vasitə ilə dolu olan gəminin göyərtəsində keşik çəkən əsgərlər diqqətləri cəlb ediblər.
Gəminin keçidini izləyən şahidlər onun Suriyadakı Tartus limanı istiqamətində irəlilədiyini bildiriblər. Onlar, gəminin göyərtəsində tanklar, hərbi texnika və yük maşınlarının olduğunu qeyd ediblər.
Ağalar Ağalarlı
Ordu.az