Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Milli Qvardiyasından olan mənbələr məlumat verib.
Qarşıdurmalar Duma şəhərinin Ər-Rəhmani qəsəbəsində başlanıb. Yerli sakinlərin sözlərinə görə, orada yerləşən binaların birində şəhər azad edilənədək terrorçuların iri silah anbarı yerləşib.
Döyüşlər nəticəsində ölən və yaralananların olduğu bildirilir, lakin hələlik onların sayını müəyyənləşdirmək mümkün olmayıb.
Ağalar Qəribov
Ordu.az