“Körfəz Qalxanı” bu gün başa çatacaq

2018/04/184816_1523868920.jpg
Oxunub: 1651     17:12     16 Aprel 2018    
Bu il ilk dəfə keçirilən “Körfəz Qalxanı” hərbi əməliyyatları bu gün başa çatacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bağlanış mərasimində Səudiyyə kralı Salman ibn Əbdüləziz, Pakistan Baş naziri Şahid Xaqan Abbasi və Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Qəmər Cavid Bəcva iştirak edəcək.

Qeyd edək ki, təşkilatçılığını Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin etdiyi hərbi təlimlər ölkənin şərqində həyata keçirilirdi.

Bir ay davam edən təlimdə ümumilikdə 24 ölkənin quru, dəniz və hava qüvvələri iştirak edib. İştirakçı ölkələr arasında Pakistan, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq da var.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Körfəz-Qalxanı   Pakistan   Səudiyyə-Ərəbistanı  

“Körfəz Qalxanı” bu gün başa çatacaq

2018/04/184816_1523868920.jpg
Oxunub: 1652     17:12     16 Aprel 2018    